Bakıda səfərdə olmuş xanım Avropa Şurasının yeni Baş katibi seçilib

Avropa Şurasının Baş katibi vəzifəsinə seçkilər keçirilib.

SİA xəbər verir ki, Xorvatiya Baş Nazirinin müavini, həmçinin bu ölkənin Avropa və xarici işlər naziri Mariya Peyçinoviç-Buriç Avropa Şurasının yeni Baş katibi seçilib.

Bu gün AŞPA-da keçirilən səsvermənin yekun nəticələrinə görə, Mariya Peyçinoviç Buriç 159 səs, onun rəqibi – belçikalı Didye Reynders isə 105 səs toplayıb. Yeni baş katib səlahiyyətlərinin icrasına sentyabrdan başlayacaq.

Qeyd edək ki, cari ilin 29-30 aprel tarixlərində Bakıda səfərdə olan Mariya Peyçinoviç Buriç Xorvatiyanın ölkəmizdəki Səfirliyinin açılışında iştirak etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə