Miqrant sayına görə ermənilər 5-ci yerdədir

Rusiyaya üz tütan miqrantların sayına görə ermənilər 5-ci yerdədir. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, həmin sıralamada Ukrayna liderlik edir.

Məlumatda qeyd olunur ki, bu sıralamada 5-ci yerdə olan Ermənistandan Rusiyaya üz tutanların sayı 48,4 min nəfərdən çoxdur.
Ermənistana məxsus sözügedən saytda o da qeyd olunur ki, miqrant axınında digər ölkələrdən, məsələn, Ukraynadan gedənlərdə 8,3 faiz, Özbəkistandan isə 13,6 faiz olmaqla Rusiyaya miqrant axınında əhəmiyyətli dərəcədə azalma nəzərə çarpdığı halda Ermənistandan bu ölkəyə miqrant axınında bir faizdən belə aşağı azalma müşahidə olunub. Demək olar ki, işğalçı ölkədən Rusiyaya üz tutanların sayı dəyişməyib və ermənilər öz ölkələrini hələ eyni dinamika ilə tərk etməkdə davam edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə