Bakı Forumunda mükafatlandırma olub

Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri üzrə Mükafatlandırma mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, ​Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu davam edir.​

Plenar sessiyanın ardından Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri üzrə Mükafatlandırma mərasimi keçirilib.

Mükafatların təqdimetmə mərasimində BMT-nin Baş katibinin İqtisadi və Sosial Məsələlər üzrə müavini Liu Zenmin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya Regionu üzrə direktoru Alia El Yassir iştirak ediblər. 5 fərqli kateqoriya üzrə mükafatların builki qalibləri Keniya, Braziliya, Avstraliya, İndoneziya, Argentina, Portuqaliya, Tayland, Kosta Rika, Koreya Respublikası, Avstriya, Çili olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə