Ermənilər problemlərini etiraf edirlər

Vədlərin pozulması, pis, yanlış kadr siyasəti, insanların “ağlar və qaralar” olmaqla bölünməsi hakimiyyətin problemləridir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan bu gün parlamentdə deyib.

Məlumatda qeyd olunur ki, partiya rəhbəri Edmon Marukyan 2018-ci il üçün dövlət büdcəsinin icrası barədə hesabatın müzakirəsini ekstroardinal adlandırıb.

"Bir tərəfdən bilirik ki, bu müxalifətin bir şey söyləməsi lazım olan bir əhəmiyyətli sənəddir, digər tərəfdən, biz baş nazirin özünün əleyhinə səs verdiyi hesabatı müzakirə edirik. Biz maraqlı bir problemlə üz-üzəyik. Noyabr ayına qədər biz bu büdcənin icrasını qətiyyətlə dəstəkləyirdik, buna görə biz hesabata qarşı çıxa bilmirik. Digər tərəfdən də bu büdcənin qəbul edilməsinin əleyhinə səs vermişik ", -deyə Edmond Marukyan bildirib.

Bununla yanaşı müxalifət düşərgəsindən olan deputat qeyd edib ki, problemlər var və onun haqqında danışmamaq mümkün deyil.

Edmond Marukyan hökumətin kadr siyasətinin birinci dərəcəli bir problem olduğunu vurğulayaraq qeyd edib ki, əgər belə davam edərsə, bu hökuməti daha da çox tənqid edəcək. Marukyanın sözlərinə görə digər problem vədlərin pozulmasıdır.

“Demişik, deyirik və deyəcəyik ki, vədlər verilib, amma yerinə yetirilməyib” –deyə, deputat irad tutub.
Müxalifət düşərgəsindən olan millət vəkili qeyd edib ki, "ekstroardinar" şəraitə görə bu dəfə büdcənin icrasına səs verəcəklər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...