Əli Kərimli ilə bir yerdə ola bilmərik Altenativ AXCP

“Biz Azərbaycanda güc mərkəzinin formalaşmasını müxalifətin birliyində və inteqrasiyasında görürük”. SİA xəbər verir ki, bu fikirləri alternativ AXCP-nin sədri Razi Nurullayev partiya adına iddialı olan Əli Kərimli ilə bağlı fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, bu gün AXCP sədri kimilər eqoları ilə düşərgədə parçalanma yaradır, intriqalar törədir: “Biz bu inkişafı siyasi səmimiyyətdə və lazımsız eqoların kənara qoyulmasında görürük. Təbii ki, “Yurd” sədri Əli Kərimli ilə bir yerdə ola bilmərik və onunla heç kim bir yerdə olmaq istəmir. Çünki o, müxalifətə münasibətdə, səmimiyyətdə sabitqədəm siyasətçi deyil”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...