Bizdə olan komissiya və tariflər xarici ölkələrdəkindən yüksək deyil

Nağdsız hesablaşmaların aparılmasında ən böyük sual budur ki, tərəflər (sahibkarlar, banklar, vətəndaşlar) nə qədər maraqlıdır? SİA-nın məlumatına görə, bunu Vergilər naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Nazir bildirib ki, buna cavab vermək üçün aşağıdakı məsələlərə diqqət yetirmək vaibdir: “İlk olaraq komissiya haqları. Hazırda post-terminallar üzrə ödənilən komissiya haqqı Azərbaycanda 1,29-2,37% arası dəyişir. Müqayisə üçün Gürcüstanda 1,5-2%, İngiltərədə 1,5-2%, İtaliyada 2-2,5%, Rusiyada 2-3% arası dəyişir. Müqayisədə biz deyə bilərik ki, bizdə olan komissiya və tariflər xarici ölkələrdəkindən yüksək deyil. Dövlət bu tarif məsələsinə müdaxilə etmir”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə