Anar Xəlilov: “Əli Kərimli kimilər meydanda tək qalacaqlar” RƏY-ÖZƏL

“İstər Emin Milli olsun, istərsə də digər bu gün sosial şəbəkələrdə fəaliyyət göstərən xaricidə ki, söyüş kampaniyasında iştirak edən kiçik mühacir dəstəsinin üzvlərindən hər hansısa biri olsun”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, hamısı Emin Millinin yolunu gedərək, gec-tez öz səhvlərinin başa düşərək, başda Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqından da etdikləri hərəkətlərə görə üzr istəyəcəklər: “Onlar xaricidə, Əli Kərimlidə daxildə anti-Azərbaycan qüvvələri tərəfindən maliyyələşən və dəstəklənən insanlardır. AXCP sədri Ə. Kərimli E.Millinin etdiyi səhvlərinə görə, Prezident İlham Əliyevdən üzr istəməsinə qısqanclıqla yanaşır. Çünki artıq bunlar görürlər ki, E. Milli digərlərinə nümunə olaraq Azərbaycan xalqından və Prezidentindən üzr istədi. Onlar dərk edirlər ki, E. Millinin ardınca digərləri də etdikləri səhvlərini başa düşərək xalqdan üzr istəyəcəklər. Ona görə də, Ə. Kərimli E.Millini hədəf seçməklə bir növ onu peşman etmək istəyir. Ancaq ağılsızlıq edir. Artıq səhv yolda olanlar Ə.Kərimlinin və anti-Azərbaycan qüvvələrin məkrli niyyətlərini başa düşüblər. Onsuzda bunların sıraları az idi indi, bundan sonra tamamilə azalacaqdır. Bir sözlə, Ə. Kərimli kimilər meydanda tək qalacaqlar”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...