Müşfiq Ələsgərli: “Müxalifət liderlərində siyasi etika, siyasi mədəniyyət çatışmazlığı var ” RƏY-ÖZƏL

“Radikal müxalifət düşərgəsinin uzun müddət tənqid olunmasının bir səbəbi var ki, onlar siyasi etikadan kənar fəaliyyət göstərirlər”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, bu adamların həmişə radikal düşərgənin tənqid olunmasının, Azərbaycan ictimaiyyət tərəfindən qəbul olunmamasının səbəblərindən biri də onların fəaliyyətlərinin siyasi etikadan kənar olmasıdır: “Müxalifət hətta müsbət işləri də tənqid edirlər. Heç vaxt deməzlər ki, tutaq ki, fılan hərəkət olunub yaxşıdır və bu yaxşını təqdir etsinlər, pisi də tənqid etsinlər. Əslində normal siyasət belə olmalıdır ki, yaxşını təqdir etmək onun daha da yaxşı inkişaf etməsinə çalışmaq, pisi isə tənqid etmək və problemin aradan qaldırılmasına yardımçı olmaq. Amma müxalifət Azərbaycanda görülən işlər haqqında bircə dəfə də olsun yaxşı fikir səsləndirməyib. Yaxşının özünü belə tənqid edirlər ki, bu da o siyasi etika baxımından yolverilməz haldır və bu göstərir ki, bunlarda o siyasi etika, siyasi mədəniyyət çatışmazlığı var. Məsələnin başqa bir tərəfi odur ki, bunlar həmişə Azərbaycan dövləti ilə Azərbaycan hakimiyyəti arasındakı fərqi qarışdırırlar bəzən guya ki, hakimiyyəti tənqid edirlər. Amma çox vaxt hakimiyyəti yox, eyni zamanda Azərbaycan dövlətinin və onun təməl prinsiplərinə qarşı çıxırlar və dövlətçiliyə qarşı mübarizə aparırlar ki, bu da yolverilməzdir, bu da siyasi etikadan kənardır. Ümumilikdə, bunların siyasi dünya görüşlərində problemlər var. E. Milli uzun müddət Azərbaycan dövlətini, hakimiyyətini tənqid edib. Ancaq indi öz səhvlərindən nəticə çıxartmış və üzr istəyib. O baxımdan da bunların E. Millimi tənqid etməsi dırnaq arası dərk etmək olar. Çünki özlərinin o siyasi mədəniyyət anlayışları olmadıqlarına görə, başqaları da bu siyasi mədəniyyət anlayışını göstərəndə onu başa düşmək imkanları yoxdur”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...