"Milli-dövlətçilik maraqlarından çıxış etməyi bacarmalıyıq" RƏY-ÖZƏL

“Düşmənin məqsədi Azərbaycanla bağlı bütün məsələlərdə əleyhimizə rəy formalaşdırmaqdır. Ona görə də bütün məsələlərdə milli-dövlətçilik maraqlarımızdan çıxış etməyi sona qədər bacarmalıyıq”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O bildirib ki, Azərbaycan-Aİ əlaqələri, imzalanması gözləmnilən yeni ikitərəfli sazişlə əlaqədar qeyri-obyektiv məlumatların yayılmasının qərəzli münasibət göstəricisidir: Bu məsələdə Azərbaycanın mövqeyi tamamilə haqlıdır və bu mövqenin qorunması üçün sona qədər çalışmalıyıq. Heç bir halda düşmənlərimiz gözləməyəcək ki, hansısa məsələ bizim xeyrimizə həllini tapsın”.

F. Mustafa qeyd edib ki, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə dəstək qarşılıqlı münasibətlərdə əsas tələblərdən biridir: “Bu mənada Azərbaycan rəsmilərinin, Prezident İlham Əliyevin atdığı addımlara dəstək nümayiş olunmalıdır. Bunun əksi Azərbaycanın milli maraqlarına ziddir. Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunmayan hər hansı sənəddə hər hansı şəkildə iştirakımız mümkün deyil”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...