"Ermənilərin tarixi şişirtmə, saxta və qondarmadır " RƏY-ÖZƏL

“Ermənilərdə hər şey şişirtmə, saxta və qondarmadır. 2 min il bundan öncə mövcud olmayan dövlətləri ilə bağlı uydurma tarix yazırlar. Başdan ayağa uydurmalar içərisində, virtual aləmdə yaşayan erməni xalqı “erməni soyqırımı” məsələsini də bu cür faktlar əsasında uydurublar”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Şərqi Anadoluda Osmanlı İmperiyası ərazisində cəmi 900 minə yaxın erməninin yaşadığını deyən politoloq bildirib ki, ruslar Türkiyəyə hücum etdikdə onlarla əməkdaşlıq edib, kəşfiyyat materialı ilə təmin etdilər ki bunun da nəticəsində ermənilər Osmanlı İmperiyasına qarşı zərbə vurdular: “ Ruslar tezliklə bu əraziləri tərk edib getmək məcburiyyətində qaldılar. Amma gedərkən ağır artilleriya silahlarını ermənilərə buraxdılar. Ermənilər yenə də türklərə, türk kəndlərinə qarşı divan tuturdular. Osmanlı ordusu bu ermənilərin silahsızlaşdırılmasına və onların ram edilməsinə yönələn əməliyyat həyata keçirərək tezliklə bunu uğurla baş çatdırdılar. Sonradan isə edilən bu hərəkətlərə görə, erməniləri şərqi Anadoludan İraq köçürülməsi haqqında qərar çıxardılar”.

Q. Hüseynli vurğulayıb ki, o zaman köçürülən ermənilərin 700 mini qatarla, 200 mini isə at, öküz arabası ilə köçürülürdü: “Köçürülənlərin arasında malyariya və digər buna bənzər xəstəliklər yayılmışdı. Ölənlərin çoxu elə məhz bundan öldülər. Bundan başqa o zaman müharibə dövrü olduğu üçün kürd quldur dəstələri fəal idilər. Ermənilərin bir qisminin, xüsusilə də qadınların öldürülməsində onların böyük rolu oldu. Dil bilmədikləri üçün kürd quldurları tərəfindən xəncərlə öldürülürdülər. Daha sonra bu quldurlar Osmanlı dövləti tərəfindən həbs olundu və onlara güllələnmə hökmü verildi. Hərçənd ki o zaman heç kim Osmanlı dövlətinə deməmişdi ki, ermənilərin qisasını al. Amma buna baxmayaraq günahsız yerə öldürülən erməniləri məhkəmə yolu ilə cəzaya məhkum etdi”.

Politoloq qeyd edib ki, ikinci dünya müharibəsi zamanı yəhudilərə qarşı almanların törətdiyi hərəkətlərə soyqırımı kəlməsi uyduruldu ki, ermənilər bu kəlməni göydə qaparaq, istifadə etməyə başladılar: “Bir daha təkrar edirəm ki, həmin hadisələr dövründə 170 min erməni quldur dəstə və müxtəlif xəstəlikdən ölmüşdü. Osmanlı əsgərləri tərəfindən bir dənə erməniyə atəş açılmayıb. Bu fakt arxivlərdə də var. Amma indi 1.5 milyon erməninin qətl edildiyini deyirlər. Yalançı faktlar ermənilərin xislətinə uyğundur. Dünyanın bir qismi onlara havadarlıq etsə də, əksər qismi bunu qəbul etmir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...