"Dağlıq Qarabağla bağlı verilişlər diqqət mərkəzində olmalıdır"

"Yenilik verilişi bir diktorun ayaqüstə, digərinin oturub aparması deyil. Yenilik milli-mənəvi, mədəniyyət və başqa mühüm sahələrlə bağlı olmalıdır". SİA-nın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, özəl telekanallar biznes qurumudur, bu telekanallarda əxlaqa zidd verilişlər nümayiş olunanda isə Milli Televiziya və Radio Şurası mövqeyini ortaya qoyur, qərarlar qəbul edir.

S.Novruzov deyib ki, milli-mənəvi sahələrlə, Dağlıq Qarabağla bağlı verilişlər diqqət mərkəzində olmalıdır: “Köhnə təcrübədən və yenilərin enerjisindən istfiadə etməklə cəmiyyətə normal proqramlar təqdim olumalıdır ”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...