Mübariz Qurbanlı vətəndaşların qəbul edəcək ANONS

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 24-də Ağcabədi, Tərtər, Ağdam və Laçın rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında (Ağcabədi şəhəri, H.Əliyev pr, 213A) saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Əlizadə Nəcəfov

Əlaqə vasitələri:

Mob: (050) 315-53-52

Telefon: 021 275 52 00

Elektron poçt ünvanları:

chairman@scwra.gov.az info@scwra.gov.az

dk-agcabedi@scwra.gov.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə