Erməni müxalifəti hakimiyyətə "va-bank" getməyə hazırlaşır

Gagik Tsarukyan üçün, iş yerlərinin azaldılması, ixtisara salınması siyasi çəkisini artırmaq üçün əla bir fürsətdir. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus armenianreport.com saytında məlumat yer alıb.

Baxmayaraq ki, “Parlaq Ermənistan” və Gagik Tsarukyan “AraratSement”-də, ümumiyyətlə sement bazarında yeni təyinatlarla bağlı danışmağa və buna siyasi rəng verməyə meyilli deyil, istənilən odur ki, zavod rəqabətə tab gətirməsin və bu bazara yeni oyunçu gəlsin.

Bununla yanaşı Tsarukyan mövcud vəziyyətdən istifadə etməyə çalışır və xüsusilə böyük mənfəət təmin olunmayan, üstəlik, obyektiv olaraq iş yerləri azalan müəssisə onun siyasi çəkisinin artması, hakimiyyətə qarşı şikayət göndərmək üçün ona əla bir fürsətdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə