Ermənistanda muzdlu əsgər intihar edib

Müdafiə Nazirliyinin Hərbi Polisindən Ermənistan Silahlı Qüvvələrinin İstintaq Komitəsinə məlumat verilib ki, bu gün, 18 aprel 2019-cu il tarixində, saat 08.20-də Müdafiə Nazirliyinin N hərbi hissəsinin müzdlu əsgəri N.S. hərbi birləşmənin silah anqarında özünə odlu silahdan xəsarət yeririb. Ermənistan Silahlı Qüvvələrinin mətbuat xidməti onun Mikaelyan adına cərrahiyə institutuna aparıldığını bildirib.

SİA məlumat verir ki, bu barədə Ermənistana məxsus aysor.am saytında məlumat dərc olunub.
Saytda bildirilir ki, müvafiq tibbi yardım göstəriləməsinə baxmayaraq 11:35 radələrində bioloji ölüm qeydə alınıb. Cinayət Məcəlləsinin 110-cu (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Təcili istintaq və prosessual hərəkətlər aparılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...