"Prezident insanlara daima böyük qayğı ilə yanaşır" ÖZƏL-RƏY

“Bu gün cəmiyyətimizə, vətəndaşlara məlumdur ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev şəhid ailələrinə, əlillərə, Qarabağ müharibəsi, 20 yanvar, Çernobıl iştirakçılarına, Milli Qəhrəmanlara, İkinci Dünya müharibəsi veteranlarına və ailələrinə, qaçqın və məcburi köçkünlərə daima böyük qayğı ilə yanaşır”. Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.

Hərbi ekspertin sözlərinə görə, dövlət başçısı sosial cəhətdən qayğıya ehtiyacı olanların güzəranının, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını daima diqqətdə saxlayır, bu istiqamətdə ardıcıl tədbirlər görülür: “Xüsusən şəhid ailələri, Qarabağ əlilləri dövlətin güclü qayğısı ilə əhatə olunub. Onlara qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi həmişə diqqət mərkəzində olub. İcra olunan layihələr nəticəsində, həmin qəbildən olan on minlərlə insanın sosial vəziyyəti yaxşılaşmaqdadır.

Bu gün sosial cəhətdən qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirilir. Bütün bunlar, bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, eləcə də digər bu kimi təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin başlıca tərkib hissəsidir. Həmin kateqoriyadan olan insanların müvafiq sosial təminat növləri - pensiya, müavinət, Prezident təqaüdü ayrılması üçün davamlı işlər aparılır, bütün bunların mütəmadi olaraq artırılması təmin edilir. Digər tərəfdən, konkret sosial proqramlarla şəhid ailələri və Qarabağ əlillərinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı həyata keçirilir. Bundan əlavə, qanunvericilikdə bu təbəqələrdən olanlar üçün bir sıra güzəştlər, əlavə təminatlar əksini tapır. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycana qarşı aparılan çirkin kampaniya bütünlüklə qarayaxmadır, onun heç bir əsası yoxdur və heç kim ölkəmizdəki gedən bu inkişafa mane ola bilməz”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...