Növbəti plenar iclas ayın 23-də keçiriləcək

Milli Məclisin aprelin 23-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. SİA-nın xəbərinə görə, iclasın gündəliyinə 17 məsələ daxildir.

Belə ki, deputatlar "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında" qanun layihəsi, "Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında", "Əmək pensiyaları haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Standartlaşdırma haqqında" və digər qanunları, o cümlədən Mülki, İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri müzakirə edəcəklər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə