İlham Quliyev: “Radikal müxalifət sosial bazadan məhrumdur” RƏY-ÖZƏL

"Müxalifət düşərgəsində təmsil olunan partiya sədrləri 25 ildən artıqdır ki, müxalifətdədirlər və iş-gücləri ancaq sərsəm bəyanatlar vermək, cəfəng iddialarla çıxış etmək olub". Bunu SİA-ya açıqlamasında "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib. Onun sözlərinə görə, onların təfəkkürü köhnəlib: "Çünki, bu günə qədər ortaya ciddi mövqe qoya bilməyiblər. Bu baxımdan da, sosial bazadan məhrum olublar və marginallaşmış çox kiçik bir qrupa çevriliblər. Onların xırda məişət problemlərini ortaya atmaları sosial şəbəkələrdə gündəm yaratmaq məqsədi daşıyır ki, bu da siyasətçi üçün heç də yaxşı hal deyil. Açıq desək, bir qədər gülüş doğurur. Ümumilikdə onlar cəmiyyətdə ciddi qəbul olunmurlar. Ona görə də, müxalifətin qaldırdığı məsələlər ironiya ilə qarşılanır və rədd edilir. İctimai rəydə mənfi imicə malik olduqlarını özləri də bilirlər. Sadəcə, xarici ağalarının tapşırıq və göstərişləri onlara reallığı həzm etməyə imkan vermir. Hər vəchlə hay-küy qaldırmaqla, boş və mənasız ideyalarla, cəfəng iddialar irəli sürməklə müddətdə olsa gündəmdə qalmağa çalışırlar. Ancaq yaxşı olardı ki, müxalifət baş bilənləri bu cür anormal hərəkətlərindən əl çəksin. Siyasətdən getsinlər və ciddi bir iş sahibi olsunlar. Yəni siyasət onlarlıq deyil".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə