Kamilə Əliyeva: “Əli Kərimli xarici ağalarından bir “malades” almaq üçün dəridən-qabıqdan çıxır” RƏY-ÖZƏL

“Siyasi etikadan və prinsiplərdən uzaq fəaliyyət göstərmək AXCP sədri Ə.Kərimlinin həyat tərzidir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib. Onun sözlərinə görə, siyasi fəaliyyəti dövründə o sərsəm iddialarda olub, pozucu fəaliyyəti ilə seçilib: “Çalışıb ki, diqqət mərkəzinə çevrilsin, şər və böhtanlarına görə, xarici ağalarında bir “malades” alsın. Yəni bir “malades” almaq üçün dəridən-qabıqdan çıxır. Bu baxımdan onun siyasi fəaliyyəti utancvericidir. İndi də, Ə.Kərimli xırda məişət problemlərindən öz məqsədi üçün istifadə etməyə çalışır. Amma xalqımız bunları kim olduqlarını, onların özlərində də yaxşı bilir. Ona görə də, xalq onun kimi boşboğazların cəfəng iddialarına, hay-küyünə əhəmiyyət vermir. Xalqımız həm də, ağı qaradan seçməyi bacarır. Azərbaycan xalqı müdrik xalqdır və Prezidentimizin ətrafında sıx birləşib. Bunu bir daha keçirilən son sorğularda təsdiqlədi. Cənab Prezidentimiz İlham Əliyev ölkəmiz və xalqımız üçün çox işlər görüb. Hər bir vətəndaşın Prezidenti olduğunu xeyirli, gərəkli fəaliyyəti ilə göstərib. Ona görə də, xalq Prezidentini sevir, Ona inanır və etibar edir. Əminliklə deyə bilərəm ki, böyük sosial-iqtisadi, hərbi uğurlara imza atan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha mütərəqqi uğurlara nail olacaq. Müxalifətin hay-küyü isə boş qazanı danqıltmaqdan başqa bir şey deyil”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...