Kamilə Əliyeva: “Müxalifət sanki kar və kordur” RƏY-ÖZƏL

“Adlarını müxalifət qoyan və hər fürsətdə pozuculuğa cəhdlər göstər ünsürləri əslində, azərbaycanlı adlandırmaq istəməzdim”. Bunu SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib. Onun sözlərinə görə, çünki azərbaycanlı olan və bu ölkədə doğulub, boya başa çatan və bu dövlətini imkanlarından bəhrələnən kəs heç zaman təxribatlara cəhd etməz, Azərbaycanın imicinə zərbə vurmağa çalışmaqla siyasi divident əldə etməyə cəhd göstərməz: “Ölkəmizdə geniş miqyaslı quruculuq abadlıq işlərinin aparıldığı, sosial – iqtisadi sahədə inqilabi dəyişikliklərin olduğu bir zamanda müxalifət mitinqlər keçirməyi planlaşdırır. Onlar siyasi mübarizə metodunu ancaq aksiyalar keçirməkdə görürlər. Halbuki, cəmiyyət onları rədd etdiyi kimi, mitinqlərin keçirilməsinin də əleyhinədir. “Milli Şura” kimi qondarma qurumun, AXCP və Müsavat kimi anormal partiyaların planlaşdırdıqları aksiyaların məqsəd və məramları da bəlli deyil. Sadəcə, xaricdən təlimat aldıqları üçün mitinqlər keçirməyə çalışırlar. Onlar Azərbaycanın inkişafını görmək istəmirlər, sanki kar və kordurlar. Müxtəlif qarşıdurmalarla, təxribat və pozuculuq əməlləri ilə Azərbaycanı yenidən 1990-cı illərin vəziyyətinə gətirmək istəyirlər. Onlar yalnız öz mənafelərini güdür və xarici maraqlı dairələrin məkrli planlarını necə yerinə yetirmək haqqında düşünürlər. Bəli, xaricdə olan qüvvələr onların arxasında durur, qızışdırır və təxribatlara təhrik edirlər. Qarşılığında müxalifətə maliyyə yardımı göstərirlər. Pula görə, milli və dövlətçilik maraqlarını satmaqmı olar? Onlar haqlı olaraq Azərbaycan cəmiyyəti tərəfindən qınalınır. Mən isə onları ermənipərəst insanlar adlandırardım. Azərbaycanın inkişafını görməmək gözləri kor olmaq deməkdir. Prezident İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi layihələr, regionların sosial iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına nail olması ümummilli maraqların təmin edilməsi deməkdir. Bütün bunların hamısını da xalq görür, xalq öz Prezidentini dəstəkləyir və biz bir daha şahidi oluruq ki, Cənab Prezident həmişə öz xalqının yanındadır. Yəni xalq-iqtidar birliyi mövcuddur və bu birliyi heç bir kəs, heç bir qüvvə poza bilməz”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə