Hikmət Hacıyev: "Formatın dəyişdirilməsi qəbuledilməzdir" MÖVQE

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatında əks olunan fiirlərin bir qismi Azərbaycanın da mövqeyini əks etdirir. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan hesab edir ki, bu bəyanat məhz Ermənistana ünvanlanmış bəyanatdır: "Belə ki, orada bir daha aydın ifadə olunur ki, danışıalqar prosesinı hər hansı bir şərtin qoyulması və yaxud da danışıqların formatının dəyişdirilməsi kimi məqamlar və cəhdlər qəbuledilməzdir və danışıqlar olduğu formatda davam etdirilməlidir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə