Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə verilmədi - 200 şikayət var

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 23 fevralda mitinq keçirməklə bağlı müraciətinə cavab verib.
Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, meriya qurumun həmin tarixdə mitinq keçirməsini məqsəd uyğun hesab etməyib.

Məlumatda deyilir ki, ötən mitinqdən bu günə qədər hüquq mühafizə orqanlarına və Bakı Şəhər İcra Hakimiyyətinə 200-dən artıq şikayət daxil olub. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası qanunun 12-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək imkanında olmadıqları qənaəti yarandığından mitinqlə əlaqədar müraciət məqsədə uyğun hesab edilməyib.

Meriyadan etiraz məktubu Milli Şuranın təmsilçiləri İbrahim İbrahimliyə və dindar Rövşən Əhmədliyə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə