"Təqaüdlərin artırılması tələbələrimizin yüksək təhsil alması üçün stimul olacaq" AÇIQLAMA-ÖZƏL

“Cənab Prezident tərəfindən təqaüdlərin artırılması ilə bağlı sərəncamı tək tələbələrin deyil, valideynlərin də sevincinə səbəb oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Kamilə Əliyeva deyib.

Ölkə başçısının təhsil sahəsinə önəm verdiyini deyən deputat söyləyib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Cənab Prezident tərəfindən uğurla davam etdirir.

Deputat bildirib ki, bu gün təhsil sahəsi Azərbaycanda prioritet sahələrdən biridir: “Təhsilə daim qayğı ölkə başçısının diqqət mərkəzindədir. Tələbələrə və gənclərə olan bu qayğı ötən gün imzalanan sənədlər də öz əksini tapdı. Təqaüdlərin artırılması yalnız bakalavr deyil, magistr, doktorantura təhsili alanlara da şamil olundu”.

Ölkə başçısı tərəfindən imzalanan sənədlərin tələbələrin təkcə sosial rifah halının yaxşılaşdırılmasına deyil, eləcə də təhsilin keyfiyyətinin yüksəlməsinə də xidmət edəcəyini deyən K. Əliyeva söyləyib ki, atılan addımlar nəticəsində tələbələr arasında sağlam rəqabətin yaranmasına gətirib çıxaracaq: “Bilirsiniz kimi təqaüdlər bal kriteriyalarına görə fərqlənəcək. Belə olan halda, artıq tələbələr yüksək təqaüd almaq daha da üzərilərində çalışıb yüksək nəticələr əldə etməyə çalışacaqlar ki, bu da təhsilin keyfiyyətinə müsbət təsirini göstərəcək Bir sözlə ifadə etsək imzalanan sənədlər tələbələrimizin yüksək təhsil alması üçün bir stimul olacaq. Bunun nəticəsində tələbələrimizin həm sosial vəziyyəti daha da yaxşılaşacaq və onlar valideynlərindən asılı olmayacaqlar. Təqaüdlərin artımı ölkəmizdə minimum əmək haqqından da yuxarıdır”.

Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqları müasir standartlara uyğun şəkildə qurularaq, lazımi maddi-texniki avadanlıqlarla təchiz olunub: “Ölkəmizdə ödənişli ixtisaslarda təhsil alan şəhid ailələrinin ödənişdən azad olunması, Prezident təqaüdünün verilməsi, eləcə də digərlər addımlar Azərbaycanda təhsilə böyük göstərilən qayğının göstəricisidir ”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə