Mais Səfərli: “Müxalifətin son zamanlar fəallaşması xarici təsir və göstərişlə bağlıdır ” RƏY-ÖZƏL

“Radikal müxalifətin son zamanlar fəallaşması keçirməyə təhrik edən kənar qüvvələr var”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, ancaq, müxalifət təmsilçiləri tərəfindən keçirilən bu aksiyalara onların qohumlarından başqa heç kəs qatılmır: “Müxalifət elə hesab edir ki, küçələrə çıxmaqla əhalini öz başlarına toplaya biləcəklər. Fakt isə bundan ibarətdir ki, bu günə qədər onlar tərəfindən keçirilən aksiyaların heç bir nəticəsi olmayıb. Çünki xalqın müxalifətə heç bir siyasi dəstəyi yoxdur. Bu baxımdan növbəti aksiyalar əvvəlki aksiyalardan heç bir fərqi olmayacaqdır. Bir sözlə, radikal müxalifət düşərgəsində özlərini lider hesab edən şəxslər cəmiyyətin gözündən düşmüş insanlardır. Yəni cəmiyyət müxalifətdən imtina edib. Sadəcə olaraq, müxalifət başqa bir fəaliyyət ilə məşğul ola bilmədiyindən bu cür anormal hərəkətlərə əl atırlar. Digər faktı unutmaq olmaz ki, müxalifət düşərgəsini təmsil edən liderlər heç vaxt bir-birlərinin varlıqlarını qəbul etməyiblər. Yəni hər zaman biri özünü digərindən üstün tutub. Ona görə də, müxalifət təmsilçiləri ayrı-ayrılıqda aksiyalar keçirdirlər. Bu ünsürlərin bir-birini qəbul etməməsinin birinci səbəbi həmin liderlərin şəxsi ambisiyalarının olması ilə bağlıdır. Çünki müxalifət liderlərinin hər biri ana müxalifət olmaq istəyir. Bu iddialar isə absurd və mənasızdır”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...