“Ermənistan danışıqlar prosesindəki mövqelərini itirir” - ŞARMAZANOV

Ermənistanın Respublika partiyası, ötən gün eks-prezident Serj Sarkisyanın rəhbərliyi ilə iclas keçirib və həmin iclasda ilginc fikirlər səsləndirilib. SİA xəbər verir ki, iclasdan sonra, "Sputnik Armeniya"-nın məlumatına görə, jurnalistlərlə söhbət edən partiyanın mətbuat xidmətinin rəhbəri Eduar Şarmazanov Nikol paşinyan hakimiyyətini sərt şəkildə tənqid edib və həmin tənqidlərdən biri də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın mövcud hakimiyyətinin sərgilədiyi uğursuzluqlarla bağlıdır.

Şarmazanova görə, Respublika partiyasının Qarabağ münaqişəsi ilə yanaşı, bütövlükdə xarici siyasət məsələlərində qayğısı var. “Biz, hakimiyyətin bir sıra addımlarındannarahatıq”, deyən Şarmazanov əlavə edib ki, xüsusilə, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşlərindəki detallar barədə heç nə açıqlanmır: “Biz görürük ki, İlham Əliyevi və Elmar Məmmədyarovu danışıqlarla bağlı ümidlər bağlayır. Bizə çox maraqlıdır, bu hansı ümidlərdir. Ermənistan hakimiyyəti öz növbəsində dəqiq qiymət vermir. Erməni hakimiyyətinin naşılığı nəticəsində, Ermənistan danışıqlar prosesindəki mövqelərini itirir”.

Ermənistanın keçmiş iqtidar partiyasının mətbuat katibinin fikrincə, hazırkı hakimiyyət ölkənin milli və dövlətçilik maraqlarından çıxış etmir. “Bütün sferalarda biz ciddi uğursuzluqları, icra və qanunvericilikdə isə səhvləri müşahidə edirik”, deyə Şarmazanov jurnalistlərlə söhbətində deyib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə