"Meydan tv" torpaqlarımızın işğal altında qalmasını arzulayır HİDDƏT!

Emin Millinin rəhbəri olduğu "MeydanTv”də çalışan Aytən Fərhadova adlı əməkdaş "facebook"da yazdığı statusunda adıçəkilən media qurumunun rəhbərliyi də daxil olmaqla, onların hər birinin nə qədər satqın və milli hisslərə malik olmayan, eləcə də erməni dəyirmanına su tökən biriləri olduqlarını sübuta yetirib. SİA xəbər verir ki, əslən Zəngilandan olduğunu qeyd edən Aytən Fərhadova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşünə toxunaraq, işğal altındakı Zəngilan, Şuşa, Laçın üçün kimsənin ölməsini arzulamadığını yazıb. O, guya "sülhün" tərəfdarı olduğunu yazaraq, uğrunda minlərlə şəhid qanı tökülən əzəli torpaqlarımızın işğal altında qalmasının heç bir problem yaratmadığını iddia edib.

Fakt isə budur ki, dəfələrlə erməni siyasi dairələrinə işlədikləri bəlli olan Emin Milli və onun "Meydan Tv"si növbəti dəfə də bu istiqamətdə fəaliyyət göstərdiklərini bu dəfə Aytən Fərhadovanın vasitəsi ilə etiraf edib. Bu gün Emin Millidən saxta qəhrəman düzəldən, Mehman Hüseynovu "demokratiya uğrunda canından keçən əzabkeş" kimi təqdim dən AXCP sədri Əli Kərimli, eləcə də özlərini "müxalifətçi" adlandıran digər şəxslər nədənsə, həmin statusa öz etirazlarını, iradlarını bildirməyiblər. Bu fakt isə bir daha onların hamısının eyni "qazandan qidalandıqlarının" bariz sübutudur.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə