"Prezidentimiz yaradıcı insanların rolunu çox müsbət qiymətləndirir" ÖZƏL-ŞƏRH

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin özü çox dəyərli bir ailədəndir. Cənab Prezidentin atası Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinə qızıl sətirlər yazmış insandır. Ölkə başçısının babası Əziz Əliyevin Azərbaycanda azərbaycançılığın möhkəmlənməsində, Azərbaycan kadrlarının irəli çəkilməsində, ölkəmizdə yeni təfəkkür, idarəetmənin qurulmasında böyük xidmətləri olub. Eyni zamanda cənab Prezidentin özü xaraktercə milli dəyərlərə, tariximizə Azərbaycan xalqının ən müsbət cəhətlərinə bağlı olan bir insandır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev xaraktercə yaradıcıdır: “Ölkə başçısı pozitiv və xalq, cəmiyyət üçün çalışan insanların diqqət göstərilməsində maraqlıdır. Azərbaycan dövlətçiliyinin inkişafında ziyalıların, yaradıcı insanların rolunu çox müsbət qiymətləndirir və onların diqqət yetirilməsində özü böyük bir nümunə göstərir. Cənab Prezidentimiz qədər Azərbaycanın inkişafında xidməti olan ziyalılarımıza, dəyərli yaradıcı insanlara diqqət göstərən ikinci bir dövlət başçısı yoxdur. O hər bir kəsin verdiyi töhfəni yüksək səviyyədə qiymətləndirir. Təbii ki, bu da cəmiyyətdə sağlam ab-havanın formalaşmasına, gənc nəslin ilk növbədə dövlətçiliyə xidmət etməsinə, həyatda ilk növbədə müsbət amillərlə yaşamağın, fəaliyyət göstərməyin vacib olması anlamına gətirib çıxarır.

Bugünkü uğurlarımızda cənab Prezidentimizin idarəçilik dəsti-xətti onun dəyərli insanların seçilib yerləşdirilməsində böyük xidməti vardır. Eyni zamanda ölkə başçısı Azərbaycanın milli maraqlarına xidmət edən yaradıcı insanların hərtərəfli fəaliyyət göstərməsi üçün yüksək səviyyədə müvafiq şərait yaradılmasına da çalışıb. Bir sözlə, cənab Prezident yaradıcı insanlara yüksək dövlətçilik, yüksək insani keyfiyyətləri şəxsi mədəniyyəti ilə yanaşmaqla dövlətimizin daha da möhkəmlənməsinə, uğurlarımızın daha da çox olmasına, ən əsası isə gənc nəslimizin düzgün formalaşmasına öz yüksək töhfəsini verir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə