“Qəhrəmanlarımızı təhqir edənlərə qarşı ciddi addım atılmalıdır”

“Son vaxtlar ayrı-ayrı sosial şəbəkələrdə Azərbaycana qarşı yenə də böhtan, qərəz, təhqir dolu fikirlər ifadə olunmaqdadır. Bu həm Avropada yerləşən anti-Azərbaycan qüvvələri tərəfindən, eyni zamanda ən müxtəlif layihələrlə Azərbaycanın bəzi gənclərinin beyinlərinin yuyulması hesabına həyata keçirilir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, dövlət başçısı, ayrı-ayrı məmurlar, deputatlar, ziyalılar, vətənpərvər qüvvələr, xüsusən müqəddəs olan şəhidlərimiz belə təhqir olunur: “Əlbəttə bütün bunlara qarşı Azərbaycanın dövlət təhlükəsizliyində mühüm rol oynayan hüquq-mühafizə orqanları artıq ciddi hərəkətə keçməlidir, bu cür insanlara qarşı Azərbaycan qanunları çərçivəsində konkret və ciddi addımlar atılmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə