Tony Oposa: "Gəncləri ətraf mühitdən qorumalıyıq"

“Nə qədər gəncsiniz öz enerjimizi gələcək dünyamıza sərf etməlisiniz. Biz həqiqi müzakirələr aparmalı, gələcək nəsilləri bu müzakirələrə hazırlamalıyıq”. SİA-nın xəbərinə görə, bu barədə “Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı çərçivəsində “Danışıq vaxtı bitdi: gələcək nəsillər üçün iqlim ədaləti” mövzusunda keçirilən sessiyasında Təbiət qanunu fondunun prezidenti Tony Oposanın video müraciətində deyilir.

Müraciətdə bildirilib ki, biz planetimizi gələcək üçün hazırlayırıq: “Gəncləri ətraf mühitdən qorumalıyıq. Biz dəyişikliyə nail olmaq üçün hərəkata başlamalıyıq. Bu hərəkat bizdən başlamalıdır. Həyatı qorumaq üçün insan həyatı da bura daxildir. Biz bütün dünyanın gənclərini səfərbər etməliyik ki, təbiətin davamlı olması üçün tədbirlər görsünlər”.

Tony Oposanın vidoe müraciətində söyləyib ki, 2019-cu ildə il Filippində hərəkat təşkil olunacaq və orada hökümətlər təbiətin qorunmasına dair tədbirlər görüməyə məcbur ediləcək: “ İqlim dəyişikliyi ilə bağlı Beynəlxalq Ədalət məhkəməsi öz mövqeyini bildirməlidir. Bu gələcək nəsillər üçün çox vacibdir. Dünyada dəyişikliyin yaradılması çox vacibdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə