"Gənclərimizin taleyi bizim addımlarımızdan asılıdır"

“Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında iştirak etdiyimə görə, çox şadam. İlk öncə Azərbaycana və Prezident İlham Əliyevə bu konfransa ev sahibliyi etdiyinə görə təşəkkür edirəm. Azərbaycan gənclər üçün yeni innovasiya, bu günün çağırışlarını qət etmək üçün təkliflər edir, onların həyata keçməsi üçün yaxşı şərait yaradır. Bu sahədə olan çağırışların aradan qaldırılması istiqamətində addımlar atılır”. SİA-nın xəbərinə görə, bunu Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron konfransda çıxış edərkən deyib.

O bildirib ki, biz daha yaxşı hərəkət etməli və dünyada hansı çağırışlara əməl etməyimizi bilməliyik: “Eyni zamanda bu gün biz dəyişikliklər haqqında düşünməliyik. Biz bilməliyik ki, bundan sonra torpaq, su, enerji resurslarına daha çox ehtiyac olacaq. İqlim dəyişikliyi sahəsində 1.5 dərəcə istiliyin artdığını bilirik. Bunu nəzərə almalı, ətraf mühitin yaratdığı təsirlərə hazır olmalıyıq. Çünki, onlar bizim həyatımıza təsir göstərəcək”.

Parlamentlərarası İttifaqın prezidenti söyləyib ki, 7 nəsil qabağa baxanda bugünkü şəraitin olmayacağını görməliyik: “7 nəsildən sonra ərzaqla bağlı çətinliklər yaranacaq. Bu gün dəniz hövzələri təhlükə altındadır. 6 milyard ton balıq ehtiyatlarımız son 10 ildə məhv olub. Gəlin səhv etməyək. Biz seçimlərimizi düzgün etməli, qərar qəbul edəndə onların cəsarətli olmasını təmin etməliyik. Çünki, gənclərimizin taleyi bizim addımlarımızdan asılıdır”.

Qabriela Kuevas Barron qeyd edib ki, gələcəklə bağlı işlər, təklif olunan rəylər cəsarətli olmalıdır: “Gənc siyasətçilərə bu sahədə arxalanır və əminəm ki, onlar bizim gələcək dünyamızı quracaqlar. Siz bizim gələcəyimizin təminatçısız. Bu günkü çağırışlara olan cavab tədbirləri gənclərsiz mümkün olmayacaq. Onların səlahiyyətlərndirilməsi çox vacibdir. Gənclərlə bağlı qərarlar onlarsız qəbul edilməməldir. Biz onları dəstəkləməliyik. Təhsil, elm silahından istifadə etməklə yoxsulluğun qarşısını ala bilərik. Biz təhsili xərc kimi deyil, üstünlük, borc kimi qarşılamalyıq. İnsanlarla bağlı problemlər təhsillə həll edilməlidir. Bizim çağırışlarımız dünəndən gəlir. Keçmişdən olan problemlərin həlli istiqamətindı çalışmalıyıq. Təhsil hamı üçün əlçatan olmalıdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə