Gümrüdə rus hərbçisi qətl törətməkdə ittiham olunur Rusiya etiraz edib

Gümrüdə yerləşən Rusiyaya məxsus hərbi bazanın əsgəri yerli qadının döyülərək-öldürülməsi ittihamı ilə saxlanılıb. SİA aysor.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş prokurorluğun mətbuat xidmətindən bildirilib.

Hələlik, cinayətin təfsilatı barədə heç nə deyilmir.

Qeyd edək ki, hadisə dekabrın 3-də Gümrünün Solobodka rayonunda baş verib. Belə ki, xəstəxanaya 57 yaşlı küçə süpürgəçisi işləyən qadın gətirilib. O, xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib. Nəticədə hadisəylə bağlı cinayət işi açılıb.

Xatırladaq ki, bununla bağlı Rusiyanın Ermənistandakı səfirliyi bəyanat yayaraq, sübuta yetirilməmiş cinayətin erməni KİV-lərində anti-Rusiya xarakterində təqdim etməsini pisləyib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə