“Tarixi şəxsiyyətlərin qiyməti zaman keçdikcə daha çox verilir” ÖZƏL-MÜNASİBƏT-SƏS TV

“Ümumiyyətlə, tarixi şəxsiyyətlərin qiyməti zaman keçdikcə daha çox verilir”. Bunu SİA-ya açıqlamasında YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü Rəna Əliyeva deyib.

Onun sözlərinə görə, zaman keçdikcə hər hansı bir insanın dünyada olmadığı daha çox bəlli olunur: “İnsanlar var ki, onların öz ailə, yaxın ətrafı çərçivəsində qiymətləri var. İnsanlar da var ki, öz xalqları, bütün bəşəriyyət üçün onların olub-olmamağının çox böyük əhəmiyyəti var. Ümummilli Lider Heydər Əliyev bu ikinci qrup şəxsiyyətlərdəndir. Onun varlığı da Azərbaycan üçün möhtəşəm bir Allahın hədiyyəsi idi. Biz Ulu Öndərin yoxluğunda da günü-gündən dərk edirik ki, Azərbaycan dövləti üçün nə qədər böyük işlər görülür. İstər SSRİ vaxtında, istərsə də Azərbaycan müstəqillik qazandığı dövrdən sonra bütün müasir Azərbaycanın inkişafının, strategiyasının təməlini Heydər Əliyev qoyub. Ulu Öndərin Azərbaycan xalqının önündə misilsiz xidmətləri var. Azərbaycan xalqı hər zaman Ümummilli Liderin xatirəsini, əməllərini, zəhmətini çox yüksəkdə tutmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə