Ermənistandakı seçkilər başa çatdı PASSİVLİK

Bu gün Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri başa çatdı. SİA panorama.am-a istinadən xəbər verir ki, ölkənin 13 seçki dairəsində 2 mindən çox seçki məntəqəsi formalaşdırılıb. Ermənistan MSK-nın məlumatına görə, Yerevan saatı ilə saat 17:00-da səsvermə hüququ olan seçicilərin 39,54%-i seçkilərdə səs veriblər.

Seçkilərdə 11 siyasi güc -2 blok və 9 partiya iştirak edib.

Qeyd edək ki, bu seçkilərdə seçici passivliyi qeydə alınıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə