"Paşinyan hüquq-mühafizə orqanlarına tapşırıq verirdi" ÖZƏL-ŞƏRH

“Seçkiyə hazırlıq zamanı aparılan kampaniyada siyasi partiya və bloklar tərəfindən toxunulan əsas məsələlər Rusiyanın təsirindən uzaqlaşmaq və Qərbə meyl etməli, Qarabağ Ermənistana birləşdirilməli ya da status-kvo qorunub saxlanılmalı, ordu gücləndirilməli və yeni texnikalarla təmin olunmalıdır”. Bunu SİA-ya açıqlamasında analitik Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, bütün siyasi partiya və bloklar Paşinyanın fikirlərini dəstəkləyən açıqlamalarla çıxış edərək onun yanında olduqlarını da nümayiş etdirirdilər. Belə olan təqdirdə həmin siyasi partiya və bloklar da xalqın dəstəyini almaq niyyətindədirlər. Bundan əlavə onu qeyd edim ki, həmin partiya və bloklar bir mövqedən çıxış edərək çalışırlar ki, ERP bu parlamentdə təmsil olunmasın.

Bir sözlə bu seçkiləri əslində ERP-yə qarşı digər siyasi partiya və blokların mübarizəsi kimi də qiymətləndirə bilərik. Hətta ERP-nin namizədlərinin üstün olduqları bəzi bölgələrdə belə Paşinyan hüquq - mühafizə orqanlarına tapşırıq verirdi ki, insanları onun blokuna səs verməyə vadar etsinlər. Aparılan müşahidələr əsasında onu deyə bilərik ki, ilkin məqsəd hər vəchlə nə olur olsun ERP-nin bu seçkilərdə parlamentdə təmsil olunmamasına nail olmaq və yeni formalaşacaq parlamentin tərkibində Rusiya təsir faktorunun az olması, Qərb dəyərlərini üstün tutan və ələlxüsus da Paşinyan nəzarət edə biləcəyi yəni öz gücünü diqtə edə biləcək bir parlament yaratmaqdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə