Paşinyan ciddi çətinliklərlə üz-üzə qalacaq" ÖZƏL-MÖVQE

“Ermənistanda 9 dekabrda keçiriləcək parlament seçkilərində Paşinyan böyük ehtimalla qələbə çalacaq. Çünki onun reytinqi hələ ki yüksəkdir və hökuməti yəqin ki təkbaşına formalaşdıra biləcək. 5 ay zəif başlanğıc oldu. Çünki onun parlamentdə dəstəyi yox idi. Amma indi ona dəstək artacaq”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

“Bütün bunlara baxmayaraq bu o demək deyil ki, problemlərdən qurtula biləcək. Onun problemləri yenə də qalacaq. Çünki ölkə qarşısında çox ciddi məsələlər var. Beləki ölkənin iqtisadi vəziyyəti ağırdır, islahatları necə aparacaq, Qarabağ məsələsinin həlli istiqamətində addımlar atmalıdır. Əgər atmazsa, cəbhə bölgəsində vəziyyət yenidən gərginləşəcək. Eləcə də onun xarici siyasəti müəmmalı qalacaq. Çünki bir tərəfdə Rusiya, digər tərəfdə Qərb var. Paşinyan bu cür çox ciddi çağırışlar və çətinliklərlə üz-üzə qalacaq. Onun əsas çətinlikləri gələn il olacaq”-deyə, Elxan Şahinoğlu fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...