“Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” - KONFRANS- YENİLƏNİR

Bu gün Bakıda “Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev və digər ilahiyyatçılar, fəlsəfəçilər, sosioloqlar, tarixçilər iştirak edib.

Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov tədbiri giriş nitqi ilə açaraq konfransın əhəmiyyətindən danışıb və Fondun cəmiyyətdə oynadığı roldan bəhs edb.

Sonra digər natiqlər tərəfindən “Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər”, “Dini təhsilin mahiyyəti”, “Dini təhsildə dini ədəbiyyatın rolu”, “Dini təhsilin keyfiyyət məsələsi”, “Dünya təcrübəsində müxtəlif din təhsili modelləri” mövzularında fikirlər səsləndirilib.

Konfransa müzakirələrlə yekun vurulub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...