"Hər iki ölkə 100 milyard dollarlıq əmtəə dövriyyəsinə nail olacaq"

"Rusiya ilə Türkiyə 100 milyard dollarlıq əmtəə dövriyyəsinə nail olacaqlar". SİA-nın verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin “Türk axını” qaz kəmərinin Qara dənizin dibindən keçən hissəsinin inşasının başa çatmasına həsr olunan tədbirdə bildirib.

“İndi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi 100 milyard dollarlıq əmtəə dövriyyəsi bu il Rusiya ilə Çin arasında əldə ediləcək. Bəs Türkiyə ilə niyə bundan az olsun? Bəli, Türkiyə ilə də bu nəticəyə nail olacağıq. Mənim bundan qəti şübhəm yoxdur”, - deyə, Putin bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə