“Polis üçün siyasi mənsubiyyətin heç bir fərqi yoxdur” AÇIQLAMA

“Azərbaycanda qanun alidir və hər kəs qanun qarşısında bərabərdir. Onun siyasi mənsubiyyətliliyinə heç bir aidiyyəti yoxdur”. Bunu SİA-ya açıqlamasında Millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, qanunun keşiyində də hüquq mühafizə orqanları ayıq–sayıq dayanıblar və hardasa qanunun pozuntusu baş verirsə onlara qarşı mübarizə aparır, qanunlara hörmətlə yanaşmasını tələb edirlər: “Qanunumuzda sərbəst toplaşmağın formaları çox aydın şəkildə yazılıb. Sərbəst toplaşma ancaq qanunla icazə verilmiş yerlərdə olmalıdır. Ayrı yerdə toplaşmaq, öz siyasi fikirlərini yürütmək dövlətə qarşı təxribatdır. Əli Kərimli və onun ətrafında olanların şəhidlər xiyabanında yürüş etməsi və birbaşa ölkəmizdəki siyasi sabitliyi pozmağa, cəmiyyətdə müəyyən qədər qarşıdurma yaratmağa cəhd kimi dəyərləndirirəm. Polis üçün siyasi mənsubiyyətin heç bir fərqi yoxdur. Kim qanunu pozursa, dövlətə qarşı yönəlmiş fikirlər ifadə edirsə ona qarşı ciddi tədbirlər görür və bundan sonra da görüləcəkdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə