İsraillillər müharibə tələb edirlər ETİRAZ

Tel-Əvivin yüzlərlə sakini müdafiə nazirliyinin mənzil-qərargahı qarşısında mitinq keçirərək, hökumətin fələstinli qruplaşmalarla hərbi əməliyyatları dayandırmaq qərarına etiraz ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, onlar əməliyyatların sona qədər aparılması çağırışları səsləndiriblər.

Qeyd edək ki, həftənin əvvəlindən başlayaraq, Qəzza böllgəsindən İsrailə tərəf 500-ə qədər raket atılıb. İsrail tərəfi də fələstinlilərin raket zərbələrinə qarşı onların mövqelərini atəşə tutmaqla cavab veriblər. Hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edildikdən sonra ölkənin müdafiə naziri Aviqdor Liberman etiraz əlaməti olaraq, öz postundan istefa verib. Onun bu addımı isə baş nazir Binyamin Netanyahunun mövqeyini kifayət qədər zəiflədib.

Bütün xəbərlər Facebook səhifəmizdə