“İşğalçı, terrorçu Ermənistan himayə edilə və dəstəklənə bilməz” AÇIQLAMA

“Öncə onu bildirməliyik ki, əslində beynəlxalq təşkilatlar çoxdan Ermənistan kimi təcavüzkar ölkəyə qarşı sərt münasibət sərgiləməli idilər”. Bunu SİA-ya açıqlamasında Politoloq Ramiz Aliyev deyib.

Onun sözlərinə görə, bu cür sərt mövqeyi yalnız KTMT deyil, bütün təşkilatlar etməlidir: “Ona görə ki, işğalçı, terrorçu Ermənistan himayə edilə və dəstəklənə bilməz. Ermənistana ciddi sanksyalar tətbiq olunmalıdır. Bununla da dünyada bütün ölkələr bilməlidir ki, təcavüzkar ölkələrə heç kim dəstək olmayacaq. Ancaq təəssüflər olsun ki, bir çox hallarda sərt addım atılmır və işğalçı ölkəyə lazımı formada təsir olunmur. Ancaq KTMT-də Ermənistanın qəbul edilməməsi xüsusilə də, baş katib postuna nümayəndəsindən imtina edilməsi onu göstərir ki, artıq ölkələr yaxşı başa düşürlər ki, Ermənistan kimi işğalçı ölkə ilə əməkdaşlıq etmək onların öz dövlətlərinə də zərərlidir. Bir məsələni də qeyd etmək istərdim ki, bu gün Ermənistanda rəhbərlikdə olan şəxslər nəyinki öz xalqı tərəfindən həmçinin digər ölkələr tərəfindən də qəbul olunmur və bütün ölkələr anlayır ki, Paşinyan və onun komandası Qərbin bir layihəsidir. Paşinyan xalqına verdiyi sözə əməl etmədiyi kimi əməkdaşlıq etdiyi təşkilatlara və ölkələrə də eyni münasibəti sərgiləyəcək. Ermənistan bu gün Belarusiyaya qarşı sərgilədiyi münasibəti sabah digər ölkələrə qarşı da edəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə