"Teoxarus artıq muzdla işləyir" ÖZƏL-MÖVQE

“Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, hazırda 792 xarici ölkə vətəndaşı arzuolunmaz şəxs elan olunaraq onların ölkəmizə girişi qadağan edilib. Bu siyahıya baxdıqda ölkəmizə olan münasibətin ümumi mənzərəsi aydın olur. Bu siyahıda lider ölkə Rusiyadır. Təxmini hesablamalarıma görə, arzuolunmaz şəxs elan olunan xaric ölkə vətəndaşları siyahısında Rusiya birinci yerdədir və təxminən siyahının yarısını təşkil edir. Bundan başqa Fransa, Kipr, İtaliya, Almaniya və ABŞ vətəndaşları da qara siyahıya daxil edilib”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, arzuolunmaz şəxslər arasında bir neçə islam ölkələrinin vətəndaşlar da var: “Bu siyahıya İran liderlik etsə də nisbətə baxanda o qədər çox deyil. Ümumilikdə Avropa dövlətlərinin böyük çoxluğu bu siyahıya düşməyib. Norveç krallığının isə bir nəfər də olsun nümayəndəsi arzuolunmaz şəxs elan edilməyib. Eleni Teoxarusun Albaniyada arzuolunmaz şəxs elan olunması heç də təəccüblü deyil. Bundan öncə Teoxarus Azərbaycan və Ukraynada da eyni aqibətlə üzləşib. Bu qadın artıq muzdla işləyən deputata çevrilib. Əsas fəaliyyəti isə separatizmi dəstəkləməkdir. Mahiyyətcə şovinist yunan millətçisidir və Kipr probleminin həllində yalnız milliyətçilik nöqteyi-nəzərindən yanaşır və yerli türklərin haqqını tanımaq istəmir. Bu deputat xanımın erməni mafiyası ilə də əlaqəli olduğu da məlumdur. Onun separatçı rejimlərə dəstək səfərlərinin arxasında Yunanıstan əsilli erməni milyarder Kaspar Karampetyan dayanır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə