"Putin Tramp görüşündə müzakirə ediləcək bir çox məsələlər var"

Rusiyanın XİN başçısı Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinlər ABŞ lideri Donald Tramp arasında keçiriləcək görüşlə bağlı sualı cavablanıdıb. SİA-nın TASS-a istinadən verdiyi xəbərə görə, XİN başçısı deyib: "Rusiya və ABŞ liderlərinin G20 zirvəsi çərçivəsində keçiriləcək görüşdə müzakirə ediləcək bir çox məsələlər var. Onlar zəruri hesab etdikləri məsələləri müzakirə edəcəklər".

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov tərəflər arasında görüşdə müzakirə ediləcək məsələlərlə əlaqədar konkret razılaşmanın olmadığını açıqlamışdı

Məlumat üçün nəzərinizə çatdıraq ki, G20 sammiti noyabrın 30-dan dekabrın 1-dək Buenos-Ayresdə keçiriləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə