“Bir il də deputat olacağıq” İRONİYA

“Əgər Paşinyan bu gün keçiriləcək xüsusi sessiyada baş nazir vəzifəsinə seçilərsə, parlament buraxılmayacaq”. SİA xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır. Erməni nəşrinə görə, parlament sadəcə baş nazirə etimadsızlıq göstərə, yalnız bir ildən sonra buraxılması barədə qərar qəbul edə bilər.

Qəzet onu da qeyd edir ki, Serj Sarkisyan hakimiyyəti dövründə seçilən bir çox deputatlar Nikol Paşinyanın seçiləcəyi halda, bundan sonra bir il də sahib olduqları kürsüdə oturmaq imkanı əldə edəcəklərini deyərək, hadisələrə ironik yanaşıblar.

Xatırladaq ki, parlamentin dünənki iclasında çoxluq təşkil edən Respublika, "Çiçəklənən Ermənistan" və Daşnaksyutun partiyasının fraksiyaçı deputatları Paşinyanın baş nazir seçilməsinə qarşı səs veriblər. Paşinyanın özü və tərəfdarları isə bu nəticəni sabotaj adlandırıblar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə