"Trampla razılaşmadığımız məqamlar olur"

Rusiya prezidenti Vladimir Putin “Valday” forumunda Krım barədə suala cavab verib. SİA Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin Krımın demokratik yolla Rusiya birləşdiyini deyib.

“Demokratiya necə yoxlanılır? Referendumla, seçki ilə və s. İnsanlar seçkiyə gedərək Krımın Rusiyaya birləşməsinə səs veriblər. Xatırladım ki, Kosovada xalq səsverməsi olmayıb. Orada yalnız parlament müstəqilliyə dəstək vermişdi”.

Bundan başqa, Putin Trampla münasibətlərinə toxunub: “Onunla razılaşmadığımız məqamlar olur. O razılaşmır, gah da mən. Amma bu normaldır. Diskussiya tərəfdaşların dostudur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...