“Assanca təqdim olunmuş sığınacaq qərarı geri çağırıla bilər” YENİ REQLAMENT

Ekvador səfirliyi diplomatik nümayəndəlikdə sığınacaq tapmış WikiLeaks saytının təsisçisi Julian Assancla bağlı yeni davranış reqlamenti ilə çıxış edib. SİA xəbər verir ki, reqlamentin mətnini Codigo Vidrio portalı dərc edib. Yeni qanun oktyabrın 13-dən qüvvəyə minib.

Artıq WikiLeaks-ın təsisçisini ziyarət etmək üçün, elektron poçt vasitəsi ilə səfirliyə xüsusi sorğu göndərmək lazımdır. Assancla birdəfəyə 3 nəfər görüşə bilər. Lakin bununla yanaşı, diplomatlar ziyarətçilərin müraciətlərini rədd etmək hüququna da malikdirlər.

Assanc internetə yalnız diplomatik nümayəndəliyiə aid Wi-Fi ilə qoşulabilər. Eyni zamanda, ona telefon zəngləri etmək üçün də şərait yaradılıb. Digər hallarda o özü şəxsi büdcəsindən istifadə edərək, müəyyən qərarlar verə bilər.

O cümlədən, qalmaqallı saytın rəhbərinə bildirilib ki, o digər dövlətlərin daxili işlərinə qarışa bilməz. Əks halda, Assanca təqdim olunmuş sığınacaq qərarı geri çağırıla bilər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə