Türkiyə məhkəməsi "casus" keşişi sərbəst buraxdı

Bu gün İzmir vilayətində Ağır Cinayətlər Məhkəməsində amerikalı keşiş Endryu Bransonun işi üzrə dinləmələr keçirilib. SİA-nın məlumatına görə, məhkəmə ona 3 il 1 ay 15 gün şərti cəza kəsilməsi haqqında qərar qəbul edib. Eləcə də məhkəmənin qərarına görə, amerikalı keşiş Türkiyə hüdüdlarından kənara çıxa biləcək.

Xatırladaq ki, bir neçə gün öncə Türkiyədə həbs olunmuş amerikalı keşişin vəkili İsmayıl Xalavurt müvəkkilinin ev dustaqlığı qərarının ləğv edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdi.

Qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...