Elman Məmmədov: “Ermənistanın hərbi texniki bazası çox aşağı səviyyədədir" ÖZƏL-ŞƏRH

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Biləsuvar rayonuna səfəri zamanı “Ermənistan indi çox ağır vəziyyətədir. Ermənistan ordusu Azərbaycan ordusu ilə rəqabət apara bilməz” fikrini Ermənistanın bizimlə düşmən dövlət və ya Ermənistan ordusunun düşmən, işğalçı ordu olduğu üçün demir. Cənab Prezidenti bunu fundamental əsaslar üzərində yəni obyektivliyə əsaslanıb səsləndirir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan ordusunun döyüş qabiliyyəti, gücü beynəlxalq hesabatlarda öz əksini tapır: “Bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Təbii ki, Ermənistan ordusu haqqında bunu qətiyyən demək olmaz. Çünki Ermənistan özündə olan iqtisadi, siyasi böhranlar orduda da özünü əks etdirib. İşğalçı ölkənin ordusu sırf cinayətkar qruplardan, muzdlu quldurlardan ibarətdir. Onun təminatı demək olar ki, xarici ölkələrdən asılı vəziyyətdədir və çox aşağı səviyyədədir. Eləcə də hərbi texniki bazası, döyüş qabiliyyəti çox aşağı səviyyədədir. Ermənilər özləri də bunu etiraf erdirlər ki, orduları Azərbaycan ordusu ilə döyüşə hazır deyil.

Azərbaycanda ordu quruculuğu 1993-cü ildən başlayaraq Ümummilli Lider heydər Əliyevin dövründən davam edir və bu gün ən yüksək səviyyədədir. Ordumuzun vaxtaşırı keçirdiyi təlimlər bunların hamısını sübut edir. Təbii ki, bunu beynəlxalq ekspertlər, müşahidəçilər də müşahidə edirlər və fikirlərini söyləyirlər. Mən də bir Azərbaycan vətəndaşı kimi ordumla, əsgərimlə fəxr edirəm, qürur duyuram. İnanıram ki, cənab Prezidentimizin dediyi kimi Azərbaycan ordusu yüksək döyüş qabiliyyətinə malikdir və düşmən ordusunu darmadağın edib torpaqlarımızdan çıxaracaq, ərazi bütövlüyümüz təmin olunacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə