ABŞ-ın Türkiyədəki səfirliyi atəşə tutulub

Naməlum şəxslər ABŞ-ın Türkiyədəki səfirliyinin binasını atəşə tutublar. SİA RİA Novosti agentliyinə istinadla bildirir ki, bu gün səhər saatlarında baş verən hadisə nəticəsində xəsarət alan olmayıb.

Hələlik kimliyi məlum olmayan silahlı şəxslər səfirliyin binasına atəş açıblar. Hadisə yerində 5-6 dəfə silah səsi eşidilib. Cinayətkarlar dərhal hadisə yerini tərk ediblər.

Polis silahlı şəxslərin axtarışına başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə