Ermənistanda siyasi təqiblərə başlanılıb DÜŞMƏN TƏRƏF

Ara Papyan: “Levon Ter-Petrosyan da həbs olunmalıdır”

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs olunması, ardınca isə azadlığa buraxılması ölkə ictimaiyyətinin narazılığı ilə müşahidə olunmaqda davam edir. SİA xəbər verir ki, aysor.am saytı “Modus Vibendi” araşdırmalar mərkəzinin direkktoru, politoloq Ara Papayana görə, Koçaryanın azadlığa buraxılması doğru seçim deyil və nəinki o, eləcə də Serj Sarkisyan istintaqa cəlb edilməli, törətdikləri cinayətlərinə görə cavab verməlidirlər.

Papyanın digər iddiasına görə hətta ölkənin birinci prezidenti Levon Ter-Petrosyan da həbs olunmalıdır. “1991-ci ildən başlayaraq törədilən conayətlər və qətllər açılmalıdır, ictimaiyyət ədalət tələb edir”, deyə “Modus Vivensi” araşdırmalar mərkəzinin direktoru bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, son 10 ilin deyil, son 27 ilin cinayətləri araşdırılmalı, cinayətkarlar layiq olduqları cəzalarını almalıdırlar: “Söhbət yalnız Robert Koçaryandan, Serj Sarkisyandan getmir. Levon Ter-Petrosyanın da dövrü buraya aid edilməlidir. 1991-ci ildən başlayaraq, kifayət qədər qətllər baş verib ki, onlar hələ də bağlı vəziyyətdə qalırlar. Çox şübhəli özəlləşşdirmə halları olub, o cümlədən, 1996-cı ildə mitinq iştirakçılarının döyülmələri, oğurlanmaları halları da sözügedən cinayətlərə daxildir”.

“Həmin vaxt (1996-cı ildə-R.R.) insanların öldürülməməsi sadəcə, onların bəxtlərinin gətirməsi deməkdir, ancaq onda da insanlara atəş açılmışdı”-deyə qeyd edən Ara Papayan bildirib ki, ictimai rəy ədalət tələb edir: “Bu ədalət qanunlar çərçivəsində bərpa olunmalıdır”.

Qeyd edək ki, son vaxtlar baş verən həbslər artıq bir neçə xarici təşkilatlar tərəfindən siyasi təqib kimi qiymətləndirilməyə başlayıb və Nikol Paşinyan hakimiyyətinə qarşı ölkədaxili etirazlara da start verilib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...