Müşfiq Ələsgərli: “Fransa Avropanın aparıcı dövlətlərindən biridir" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycanın Avropa Birliyinə, Avropa Şurasına daxil olan ölkələrin hər biri ilə demək olar ki, ikitərəfli əməkdaşlıq haqqında sazişi var. Təbii ki, bu çox yüksək qiymətləndirilir və ölkələrimiz arasında əlaqələrin inkişaf etməsi baxımından böyük önəmi var. Həmçinin beynəlxalq təşkilatlar formatında da əməkdaşlıq olunur”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan reallaşdırdığı layihələrlə öz inkişafını təkcə ölkə çərçivəsində deyil, həm də bütün regiona, dünyaya təsir edəcək layihələrə imza atır: “Bu həm enerji, nəqliyyat, həm də ümumilikdə dünyanın təhlükəsizliyi ilə bağlı digər layihələrdir. Bu baxımdan dünyanın aparıcı dövlətləri, o cümlədən Böyük Səkkizliyə daxil olan ölkələrin hər biri Azərbaycanla ümumi beynəlxalq təşkilatlar formatından əlavə həm də ikitərəfli əməkdaşlığa böyük önəm verirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fransaya səfərini də bu mənada əhəmiyyətli hesab edirəm. Fransa Avropanın aparıcı dövlətlərindən biridir, həm də dünyanın qlobal səkkiz dövlətindən biridir. Bu baxımdan Azərbaycanla ikitərəfli formatda əməkdaşlıq olunması həm Fransa, həm də Azərbaycan üçün önəmlidir. Bu həm də dünyanın siyasi mənzərəsinə təsir edən əməkdaşlıqdır. Hesab edirəm ki, Azərbaycan artıq bu status qazanmaqla böyük nailiyyətləri əldə etmiş olub”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə