Baş redaktor: “Azərbaycan dövlətini qorumağa borcluyuq" EKSKLÜZİV

“Ümumiyyətlə, Mingəçevir İES-də baş verən qəzadan sonra və Gəncə şəhəri İcra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı olan sui-qəsddən sonra açıq görünürdü ki, sosial şəbəkələrdə qruplaşmış və haradansa idarə olunan bir qrup insanlar var ki, onlar Azərbaycanda təxribat, qarşıdurma yaratmaq niyyətindədirlər. Bu açıq şəkildə görünürdü”. Bunu SİA-ya açıqlamasında "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid deyib.

Onun sözlərinə görə, Gəncədəki son hadisə, mitinqə çağırışlar, radikal dini qrupların nümayəndələrinin polislərimizi qətlə yetirməsi göstərdi ki, həqiqətən də müxtəlif xarici qüvvələrin Azərbaycanda aranı qarışdırmaq üçün planlı surətdə həyata keçirmək istədiyi təxribatlar var: “Çox təəssüflər olsun ki, bunlar Azərbaycanda məhdud dünyagörüşlü, heç bir ali təhsili olmayan, dində sığınacaq tapan, cəhalət və xürafat təsirində olan insanlardan istifadə edirlər. Çox vaxt da onlar din pərdəsi altında kriminal qrupların nümayəndələri olurlar və öz mahiyyətlərini gizləyirlər. Mən bu hadisələr zamanı sosial şəbəkədə Azərbaycanın ziyalılarına, düşüncəli insanlarına müraciət etdim ki, bu cür radikal dini düşüncənin Azərbaycanda geniş yayılmasına yol vermək olmaz. Biz hamılıqla uzun illərdən bəri yaranmış və sərvətimiz olan dünyəvi dövləti qorumağa borcluyuq. Bunun üçün də öz səsimizi qaldırmalıyıq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...